İngiltərə çempionatının 15-ci turunda  “Aston Villa”  “Mançester Siti”ni qəbul edib. Görüşdə vurulan yeganə qol 74-cü dəqiqəyə təsadüf edib. Leon Beyli “Aston Villa”ya qələbə qazandıran qolu vurub. Minimal hesabla qalib gələn “Aston Villa” xallarının sayını 32-yə çatdırmaqla 3-cü pilləyə yüksəlib. 2 xal az toplayan “Mançester Siti” isə 4-cü sıraya yuvarlanıb. 

“Mançester Yunayted” “Old Traaford”da “Çelsi” ilə qarşılaşıb. Görüşün əvvəlində meydan sahibləri penalti vurmaq imkanı qazanıblar . Lakin Bruno Fernandes fürsəti qaçırıb. 19-cu dəqiqədə Skot Maktominey heaabı açıb. Hissənin tamamında Koul Palmer tarazlığı bərpa edib. 2-ci yarıda hücumlarını daha da gücləndirən Mançester futbolçuları qələbə qolunu vurmağı bacarıblar. Yenidən Skot Maktominey diqqət mərkəzinə düşüb – 2:1. “Mançester Yunayted”  27 xalla 6-cı, “Çelsi” isə 19 xalla 10-cu pillədə gedir. 

Turun digər matçında “Liverpul” səfərdə “Şeffild Yunayted”i 2:0 hesabilə məğlub edib. Mersisaydlıların heyətində Vircil Van Dayk və Dominik Soboslay fərqləniblər. “Liverpul” 34 xalla 2-cidir. “Qırmızılar” lider “Arsenal”dan 2 xal geri qalırlar.  “Şeffild Yunyted” isə yarış cədvəlinin autsayderidir.